RU

Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı reysi ilə Həştərxana gələn Azərbaycan vətəndaşı gömrükdə “yaşıl dəhliz”dən keçərək bəyan edəcək heç nəyi olmadığını bildirib. Lakin yoxlama zamanı onun üzərində 10 200 dollar və 41 250 rubl nağd pul aşkarlanıb.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.O, pulu gömrük əməkdaşlarına könüllü təhvil verib və qaydaları bilmədiyini izah edib.

 

Məhkəmə Rusiya gömrük qaydalarını pozmaqda təqsirli bilərək ona cərimə təyin edib və götürülən pulun sahibinə qaytarılması barədə qərar çıxarıb. Lakin həmin şəxs pullarını almaq üçün geri dönməyib.

Nəticədə Həştərxan gömrüyü 10 200 dollar və 41 250 rublun dövlət büdcəsinə keçirilməsi üçün məhkəməyə müraciət edib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
bizim.media

2Источники