RU

“PUTİN PAŞİNYANA BUNA İCAZƏ VERMƏYİB...” Sabiq nazir AÇIQLADI

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Moskva səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirib.

"AzPolitika" xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, Paşinyan layihənin reallaşmamasına görə günahı Azərbaycanın üzərinə atmağa çalışır.

Tofiq Zülfüqarovun sözlərinə görə, əslində Vladimir Putin Paşinyana ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan layihə ilə bağlı addım atmağa icazə verməyib.

O bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri və Moskva ilə “uzaqlaşma” görüntüsü sadəcə imitasiya xarakteri daşıyır: “Paşinyan bu ilin 9 mayında Moskvada keçirilən Qələbə Paradının fəxri qonağı olub və gələcəkdə də “Засланный казачок” (gizli şəkildə kiminsə tapşırığını yerinə yetirən, başqa tərəfin maraqlarını qoruyan adam - red.) funksiyasını sadiqliklə yerinə yetirəcək”.

Onun fikrincə, Ermənistan baş naziri yalnız Zəngəzur bölgəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə maraq göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
2
azpolitika.info

3Источники