RU

Sağlam bildiyimiz qidalar infarkt riskini artıra bilər - DİQQƏT

Bəzi “sağlam” hesab edilən qidalar əslində ürək sağlamlığı üçün risk daşıya bilir.


Pravda.az-ın xəbərinə görə, avokado, yağlı balıq, qoz-fındıq və zeytun yağı kimi qidalar uzun müddət yüksək miqdarda qəbul edildikdə infarkt ehtimalını artırır.


Mütəxəssislər bildirirlər ki, bu məhsullar faydalı yağlar baxımından zəngin olsa da, normadan artıq istifadə olunduqda damarlarda yüklənmə yarada və qan dövranını mənfi təsirləyə bilər.


Araşdırma həmçinin göstərib ki, qida balansına diqqət edilmədikdə, hətta sağlam görünən məhsullar belə ürək və damar xəstəlikləri riskini yüksəldir. Buna görə həkimlər düzgün porsiya seçiminin vacibliyini vurğulayır.


Əminə Bayramova 

Tarix: 1 Oktyabr 2025, 13:57   
Избранный
19
1
pravda.az

2Источники