Siyarto qeyd edib ki, Brüssel büdcəni hazırlayarkən "daha çox Ukraynadan, Avropadan deyil" söhbət gedir. Onun sözlərinə görə, Aİ real Avropa problemləri - rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi və iqtisadi inkişaf əvəzinə ukraynalı hərbi və dövlət strukturlarını maliyyələşdirməyi planlaşdırır.
Macarıstan naziri həmçinin vurğulayıb ki, Brüssel müharibəyə hazırlaşır və bunun xərclərini avropalıların üzərinə qoymaq istəyir. Siyarto Macarıstanın vergi ödəyicilərinin pulunun Ukrayna ordusunun maliyyələşdirilməsinə sərf edilməsini istəmədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31