RU

"Qəbələ"nin futbolçusuna 2, "Sabah"ın məşqçisinə 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilsin (maddə 99, 94, 68);

26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ” klubunun 30 nömrəli futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qəbələ” klubu 1000 manat cərimə edilsin (maddə 44.1);

26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilsin (maddə 60.1);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah” klubu 10000 manat cərimə edilsin (maddə 52.4);

saytlarin hazirlanmasi

Избранный
17
9
sportal.az

10Источники