RU

AFFA Fransa ilə səfər oyunu üçün biletləri satışa çıxardı

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Fanatlar biletləri iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.

Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 manatdır. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılan J sektoruna biletlərin qiyməti 45 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən "Park de Prens" stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.

Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.

"Cebheinfo.az" 

Избранный
23
18
cebheinfo.az

10Источники