RU

İlon Maskın yeni onlayn ensiklopediyası: Grokipedia

Amerikalı milyarder İlon Mask “Wikipedia”-ya rəqib “Grokipedia” adlı yeni onlayn ensiklopediya yaradacaq.

Publika.az xəbər verir ki, milyarder bununla bağlı “X” hesabında məlumat yayıb.

"Wikipediya üzərində böyük təkmilləşmə olacaq. Açığı, bu, kainatı anlamaq məqsədi daşıyan “xAI” üçün zəruri bir addımdır”, - deyə o yazıb.

Məlumata görə, “Grokipedia” məzmununu yaratmaq üçün “Grok” adlı süni intellektdən istifadə edəcək.

Bu açıqlama internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İstifadəçilər “Grok”un da “Wikipedia” məlumatlarından istifadə etməsi səbəbindən, “Grokipedia”nın “Wikipedia”dan nə ilə fərqlənəcəyini sorğulayır.

Избранный
56
publika.az

1Источники