Medianın İnkişafı Agentliyi "TRT"nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə Medianın İnkişafı Agentliyinin rəsmi "Facebook" hesabında paylaşım edilib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.