RU

Sabah dörd rayonda qaz olmayacaq

Yazını böyüt
Yazını kiçilt

Sabah İmişli, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Hafta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Qaz İxrac" İdarəsinə məxsus, diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" magistral qaz kəmərində korroziyaya uğramış hissələrinin təmir olunması ilə bağlı, oktyabrın 2-də saat 08:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında fasilə yaranacaq.

Təmir işləri aparılan müddətdə İmişli rayonu tam olaraq (İmişli şəhəri daxil olmaqla, rayon üzrə 41 kənd, iki qəsəbə, həmçinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 ədəd "Cəbrayıl Məcburi köçkünlər" qəsəbəsi, qeyri-yaşayış sahələri, ümumilikdə, 28 958 abonent), Saatlı rayonu tam olaraq (Saatlı şəhəri daxil olmaqla, rayon üzrə 33 kənd, bir qəsəbə, qeyri-yaşayış sahələri, ümumilikdə, 17 352 abonent), Sabirabad rayonunun (Sabirabad şəhəri daxil olmaqla, rayon üzrə 36 kənd, qeyri-yaşayış sahələri, ümumilikdə, 22 912 abonent, rayon üzrə abonentlərin 70%-i) bir hissəsinin qaz təchizatı məhdudlaşdırılacaq.

Qaz təchizatının bərpası işlər başa çatdıqdan sonraya planlaşdırılır.

Избранный
16
34
hafta.az

10Источники