Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə fədakar ömür yollarında zəngin təcrübə qazanmış, müdriklik zirvəsinə yüksəlmiş bütün ahıl vətəndaşlarımızı, ağsaqqallarımızı, ağbirçəklərimizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, mənəvi rahatlıq, firavan və dəyərli həyat arzulayırıq!
Bu əlamətdar gün dünya miqyasında olduğu kimi, Azərbaycanda da yaşlı nəslə, ağsaqqallara və ağbirçəklərə dərin ehtiramın və sonsuz təşəkkürün ifadəsi olaraq qeyd edilir. Sizin müdrikliyiniz, zəngin həyat təcrübəniz, milli-mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsindəki əvəzsiz rolunuz xalqımız üçün hər zaman böyük əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyev ağsaqqalları daim milli-mənəvi irsimizin daşıyıcısı, xalqımızın sabitlik və inkişaf yolunda əvəzsiz dayağı hesab etmişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ahılların sosial rifahını yaxşılaşdırmaq, onlara dövlət səviyyəsində sistemli dəstək göstərmək ənənəsi formalaşmışdır. Bu ali dəyərlərə əsaslanan siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimiz ahıl vətəndaşlarımızın rifahının təmin olunması, sosial təminatlarının gücləndirilməsi, cəmiyyətə aktiv inteqrasiyası üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Yaşlı nəslin bütün nümayəndələri bu diqqət və qayğını hər zaman hiss edir, müxtəlif növ sosial xidmətlərlə təmin olunur, təqaüd və müavinətləri artırılır, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər görülür. Onların yubileyləri qeyd edilir, fəxri adlarla və dövlət mükafatları ilə təltif olunurlar.
Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də hər zaman ahıl üzvlərimizi diqqət mərkəzində saxlayır, onların təcrübəsindən faydalanmağa, sözünə, məsləhətinə dəyər verməyə çalışırıq. Çünki ağsaqqal və ağbirçək əslində bütöv bir millətin tarixi, kimliyi, qüruru və ən böyük dəyəridir.
Bu əlamətdar gün münasibətilə bir daha bütün ahıl vətəndaşlarımızı, ağsaqqallarımızı, ağbirçəklərimizi səmimi-qəlbdən təbrik edir, hər birinizə uzun və sağlam ömür, ailə səadəti, gənc nəslə örnək olan nüfuzlu fəaliyyətinizdə uğurlar arzulayırıq! Azərbaycan xalqı daim Sizin müdrik məsləhətinizə, mənəvi dəstəyinizə ehtiyac duyur. Qoy hər zaman ömrünüz əmin-amanlıq və sevinc içində içində keçsin!
Hörmətlə,
Eldar QULİYEV
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.