Azərbaycanda ictimai nəqliyyatda bank kartları ilə gediş haqqının ödənilməsi məsələsi gündəmdədir.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mövzuya münasibət bildirib.
Qurumdan verilən məlumata görə, ölkənin bütün nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi əsas hədəflərdən biridir. Texniki imkanlar nəzərə alınmaqla bu istiqamətdə tədbirlərin mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub. pizza sifarişi
Bildirilib ki, ölkənin bütün ərazisində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü də əsas məqsədlərdəndir.
Telegram kanalımız