RU

Şalva Papuaşvili: AŞPA qətnaməsinin hər abzası yalandır

AŞPA-nın Gürcüstanla bağlı qətnamə layihəsinin bəzi abzaslarını oxumuşam. Hər bir abzas yalandır, həqiqətdən uzaqdır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mixeil Saakaşvilinin siyasi məhbus adlandırıldığı AŞPA-da qəbul olunan qətnamələr Gürcüstan üçün heç bir dəyər kəsb etmir: “Bu cür sənədlər dəfələrlə uğursuzluqla nəticələnib və onların gürcü xalqı ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, sabah AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Qurumun ölkə ilə bağlı qətnamə layihəsində Gürcüstanda “demokratik böhran”la bağlı dərin narahatlıq ifadə olunub.
Избранный
12
3
sherg.az

4Источники