RU

Yazıçıya 7 il həbs cəzası verildi

Moskvanın Çeryomuşkinski rayon məhkəməsi rusiyalı yazıçı Dmitri Bikovu hərbi “feyklərin” yayılması və “xarici agent” kimi öhdəliklərin yerinə yetirilməməsi işi üzrə qiyabi olaraq yeddi il müddətinə koloniyada cəza çəkməyə məhkum edib.

Yazıçıya qarşı “Rusiya ordusu haqqında feyklər” işi 2023-cü ilin oktyabrında verdiyi bir müsahibəyə görə açılıb.

Həmin müsahibədə o, Xarkov vilayətinin Qroza kəndinə endirilən hücumları şərh etmişdi.
 

Hücum nəticəsində 59 nəfər həlak olmuşdu. Müsahibənin yoxlanılması ilə bağlı baş prokurora müraciəti deputat, Kommunist Partiyasının üzvü Yelena Çekan göndərmişdi.


Dmitri Bikov avqustun 8-də qiyabi olaraq həbs edilib. Məhkəmə iclasında istintaq tərəfi yazıçının “uzun müddət ölkənin daxili və xarici siyasəti ilə razı olmadığını” bildirib.

Избранный
7
1
news365.az

2Источники