RU

Ukrayna Avropa Komissiyasından 4 milyard avro məbləğində tranş alacaq

Avropa Komissiyası (AK) Ukraynaya 4 milyard avro məbləğində yeni tranş ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə AK-nın məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, bu məbləğ dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ayrılıb. Vəsaitlər ölkənin müdafiə sektorunun dəstəklənməsinə yönəldiləcək, onlardan 2 milyard avro pilotsuz uçuş aparatları sahəsinə ayrılacaq.

Avropada dondurulmuş Rusiyanın suveren aktivlərinin böyük hissəsi - 200 milyard avrodan bir qədər çox - Belçikada Euroclear depozitariyasının platformasında bloklanıb.

Избранный
41
ikisahil.az

1Источники