RU

Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

Rusiyada məşhur çay markaları təhlükəli toksinlər səbəbindən gündəmə gəlib.

Milli.Az bu barədə "360.ru" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, son səkkiz ay ərzində "Rospotrebnadzor" təhlükəli pestisidlərlə çirklənmiş 111 ton çay məhsulunu dövriyyədən çıxarıb.

Şübhəli istehsalçılar arasında "Tess", "Greenfield" və "Zolotaya çaşa" kimi tanınmış brendlərin də adı keçir.

Mütəxəssislər bildirirlər ki, təhlükəli məhsulla qarşılaşmaq riski nisbətən aşağı olsa da, sağlamlığa təsirləri olduqca ciddi ola bilər. Pestisidlər sinir sisteminə hücum edir, yaddaş və diqqəti zəiflədir, allergiyaya səbəb olur və hətta xərçəng xəstəliyinə yol aça bilər.

Güclü zəhərlənmə hallarında ürəkbulanma və başağrısından tutmuş huşunu itirməyə qədər ağır simptomlar meydana gəlir. /Oxu.Az

Milli.Az

Избранный
1
3
milli.az

4Источники