RU

Bakıda səkini parkinqə çevirirlər? ŞİKAYƏT

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən yeni tikilmiş yaşayış binasının sakinləri ciddi narahatlıq yaşayırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, binanın qarşısında yerləşən obyektlərdən biri səki hissəsini qanunsuz şəkildə avtomobil parkinqinə çevirib.

Sakinlər bildirirlər ki, bu vəziyyət piyadaların, xüsusilə yaşlı insanların və uşaq arabası ilə hərəkət edən valideynlərin sərbəst keçidinə ciddi maneələr yaradır.

Məsələ ilə bağlı həmin binanın komendantı ilə əlaqə saxladıq. Komendant bildirdi ki, bəzi sürücülər səkidə avtomobil saxlasa da, burada heç bir iş aparılmır və parkinq salınmır.

Sözügedən kadrları təqdim edirik:

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
baku.ws

1Источники