RU

TRT-nin jurnalisti Qəzzada həlak oldu - FOTO

TRT-nin əməkdaşı Qəzza zolağında həlak olub.

Milli.Az xəbər verir ki, Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzak Qəzza zolağında həlak olub. 

Türkiyə Cümhurbaşkanlığı müstəqil jurnalist Yəhya Bərzəkin İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində öldüyünü açıqlayıb.

Türkiyə Cümhurbaşkanlığı Kommunikasiyalar Direktoru Burhanəddin Duran bu sözləri deyib:

"Qəzzada başverənləri TRT adına dünyaya çatdıran jurnalist Yəhya Bərzak hava hücumunda həyatını itirdi. TRT World-də yayımlanan "Şəkillərdə qalan Qəzza " sənədli filmində hekayəsini gördüyümüz Yəhyanın səsi bir ömür ağlımızda qalacaq".

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
32
milli.az

1Источники