RU

Tanınmış aktrisa Dəniz Tacəddin Baku TV də fəaliyyətə başlayıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Baku TV-nin tamaşaçılar tərəfindən sevilən səhər proqramı "Yeni Bir Səhər" aparıcı heyətini genişləndirir. Proqrama televiziya təcrübəsi ilə tanınan aktrisa Dəniz Tacəddin də qoşulub.

Oxu.Az xəbər verir ki, Dəniz Tacəddin televiziya ekranlarında aparıcı kimi təcrübə qazanıb, həmçinin, müxtəlif layihələrdə və tədbirlərdə iştirak edib.

Bakı Musiqi Akademiyasını bitirən Dəniz Tacəddin fəaliyyətini daha çox aparıcılıq və aktrisalığa həsr edib. O, müxtəlif layihələrdə iştirak etməklə yanaşı, aktrisa kimi də tanınıb və rol aldığı işlər arasında xüsusilə "Tağıyev" filmi diqqət çəkir.

Onun uğurları arasında 2024-cü ildə Türkiyədə keçirilən 50-ci "Altın Kelebek" mükafatında "Azərbaycanın Parlayan Ulduzları" nominasiyasında əldə etdiyi qalibiyyət xüsusi yer tutur.

İzləyicilərinin sevimli kanalı olan Baku TV bundan sonra da komandasına daim peşəkar və təcrübəli insanları cəlb edərək operativ xəbərləri və müəllif proqramlarını tamaşaçılara təqdim edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
oxu.az

4Источники