RU

Məişət zorakılığından zərər çəkmiş 61 nəfərə reabilitasiya xidmətləri göstərilib

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.

Həmin şəxslər sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Qeyd olunan şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb. Məişət zorakılığından zərər çəkmiş şəxslərə burada sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
8
bakivaxti.az

9Источники