RU

Soyuq əl və ayaqlar bu xəstəliyin carçısıdır - DİQQƏT

Daim soyuq əllər və ayaqlar ürək-damar sistemində ciddi pozğunluqların göstəricisi ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə terapevt Denis Prokofiev "Sputnik" radiosuna müsahibəsində bildirib.

Mütəxəssis deyir ki, əsas səbəb qan təchizatının pozulmasıdır. Soyuq ayaqlar varikoz çatışmazlığı və aterosklerozun birləşməsi nəticəsində yarana bilər. Buna görə damar və arteriyaların vəziyyətini yoxlatmaq vacibdir. Yuxarı ekstremitələrdə isə ateroskleroz və vazospazm əlamətləri istisna edilməlidir.

Prokofiev həmçinin qeyd edib ki, problem hipertoniya ilə əlaqəli ola bilər, çünki yüksək təzyiq bədənin uzaq bölgələrinə qan çatdırılmasını çətinləşdirir. Digər mümkün səbəblər arasında isə endokrinoloji səbəblərdən irəli gələn termorengülasiya pozğunluqları var.

Həkim qan dövranını yaxşılaşdırmaq üçün ayaqlar üçün minimal sıxılma ilə elastik trikotaj və əlcəklərdən istifadə etməyi tövsiyə edib. Eyni zamanda, həddindən artıq izolyasiyanın istixana effekti yaradaraq göbələk infeksiyalarına səbəb ola biləcəyini də vurğulayıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
8
e-saglam.az

1Источники