RU

“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”

“Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı zamanı deyib.
“Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar.
Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır”, - Prezident əlavə edib.
Избранный
31
13
yenilik.az

10Источники