"Tottenhem" yeni transferə hazırlaşır.
QOL.az "Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi "Brentford"dan Natan Kollinzi heyətinə cəlb edəcək.
Bu keçidin yanvarda reallaşacağıı gözlənilir.
Qeyd edək ki, Natan Kollinz bu mövsüm 8 matçda meydana çıxıb. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2029-cu ilin yayınadəkdir.