RU

III MDB Oyunları: Əli Bəşirov U-16 millisini finala daşıdı

Azərbaycanın U-16 millisinin futbolçusu Əli Bəşirov III MDB Oyunlarının final qarşılaşmasına daha yaxşı hazırlaşmalı olduqlarını bildirib.

İdman.biz xəbər verir ki, iki qolun müəllifi olan gənc oyunçu görüşdən sonra jurnalistlərə açıqlamasında sevincini bölüşüb.

O, 3 xal qazandıqları üçün çox şad olduqlarını bildirib: "Finala vəsiqə əldə etdik. İndi qarşımızda daha önəmli oyun var və ona daha yaxşı hazırlaşmalıyıq. İki qol vuraraq komandama kömək etdiyim üçün də xüsusi sevinirəm”.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda ikinci matçında Qırğızıstanı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.

İdman.biz

Избранный
72
1
idman.biz

2Источники