RU

Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatı gözlənilir.
 

“65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib.


Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Bizim.Media

Избранный
15
15
bizim.media

10Источники