RU

Real Madrid yarım milyon dollara hoteli bağlatdı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqası matçı üçün Almatıya gedən "Real Madrid" "InterContinental Hotel"də məskunlaşıb. Komandanın qaldığı müddətdə hotel digər qonaqlar üçün bağlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Qeyd olunub ki, "Real Madrid" oyunçulara tam istirahət və məxfilik təmin etmək üçün sentyabrın 28-dən oktyabrın 1-dək hoteli tam icarəyə götürüb. İcarənin dəyəri 278 milyon tengedən (təxminən 507 min ABŞ dolları) çox olub.

Hoteldə 277 otaq var və onların hamısı komanda tərəfindən icarəyə götürülüb. Standart bir otaq üçün orta qiymət bir gecə üçün 375 dollar, lüks nömrə üçün isə 560 dollar idi. 

"Real Madrid" 40 nəfərdən çox nümayəndə heyəti ilə Almatıya getmişdi.

Qeyd edək ki, “Kayrat” – “Real Madrid” oyunu qonaqların 0-5 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
unikal.az

5Источники