ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.Modern.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Kərəmov ötən gün işdən çıxarılıb.Xatırladaq ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.