RU

İnanmadı, millinin futbolçularının dediyi sözləri gülməli adlandırdı - VİDEO

“Dünya və Avropa çempionatına vəsiqə qazanmaq potensialımız olduqda, hansısa bir çox tanınan əcnəbi baş məşqçini milliyə dəvət etmək olar.

Əgər qrupda 4-5 xal toplayacağıqsa, xarici çalışdırıcıya nə ehtiyac var?

Ayxan Abbasova futbol ictimaiyyəti dəstək olmalıdır. Deməsinlər ki, komandaya gələndən sonra nəticə qazana bilmir.

Ona zaman tanınmalıdır.

Gülməlisi nədir? Ukrayna ilə qarşılaşmadan sonra futbolçular bildiriblər ki, Ayxan Abbasovdan nəyi istədiyini anladıq. İki ildir Fernandu Santuşu başa düşmədilər, bir günə Ayxan müəllimdən nəsə qavradılar?”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsələndirilib.

Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qonaq olan məşqçi Vaqif Cavadov millimizin “çiçəyi burnunda”kı baş məşqçisi Ayxan Abbasova dəstək olub.

O, futbol camiəsinin həmkarına anlayış göstərməsinin vacibliyini diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
10
sportinfo.az

1Источники