RU

Fərid Fərhadzadə: 2500 atlet “IRONMAN 70.3 Baku”da gücünü sınayacaq

BAKI, 1 oktyabr. TELEQRAF

“2026-cı ildə keçiriləcək “IRONMAN 70.3 BAKU" triatlon yarışı zamanı əsl idman bayramı yaşanacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda ilk dəfə 2026-cı ildə keçiriləcək yarış barədə ümumi məlumat verib:

“Bakı bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib.Onlardan biri 2026-cı il sentyabrın 5-6-da baş tutacaq “IRONMAN 70.3 BAKU" triatlonudur. 2500 atlet iştirak edəcək.İdmançılar üzgüçülük, qaçış və velosiped yarışı üzrə güclərini sınayacaq. Eyni zamanda minlərlə tamaşaçı bu yarışı izləyəcək”.

Избранный
29
teleqraf.com

1Источники