“İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın növbəti məhkəməsi baş tutb.
Kulis.az xəbər verir ki, məhkəmənin qərarı ilə o, sərbəst buraxılıb.
Onun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladılıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.