RU

Fərid Fərhadzadə: “IRONMAN 70.3 Baku” əsl idman bayramına çevriləcək”

“Bildiyiniz kimi, ölkəmiz indiyədək bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib. Növbəti belə tədbirlərdən biri isə gələn il, sentyabrın 5–6-da keçiriləcək “IRONMAN 70.3 Baku” triatlonu olacaq”.

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə deyib.

Onun sözlərinə görə, yarışda 2500 atletin iştirakı nəzərdə tutulur:

“Paytaxtın mərkəzində təşkil olunacaq bu mötəbər yarış üç mərhələdən ibarət olacaq - üzgüçülük, velosiped və qaçış. İdmançılar bu mərhələlərdə öz güclərini sınayacaqlar. Minlərlə azarkeşin izləyəcəyi tədbir əsl idman bayramına çevriləcək. Qeyd etmək istərdim ki, ölkə başçısının idmana göstərdiyi xüsusi diqqət və yaradılan yüksək infrastruktur nəticəsində Azərbaycan bu kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edir”.

AFFA bölgə klubunun rəsmisini 6 ay futboldan uzaqlaşdırıb

Azər Bağırov “Kəpəz”də - RƏSMİ

Arif Əsədov: “Erkən qol oyunun taleyini həll edə bilər”

Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"

Hakimi təhqir etdi - 4 oyun kənarda qalacaq

Избранный
26
1
apasport.az

2Источники