2025-ci ilin ən yaxşı ingiltərəli kişi futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Real"da çıxış edən Cud Bellingem ilin ən yaxşısı seçilib. Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda qalib olub. Bellingem "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays və "Bavariya"nın hücumçusu Harri Keyni qabaqlayıb.
Qeyd edək ki, ötən il mükafatı "Çelsi"nin futbolçusu Koul Palmer qazanıb.
saytlarin hazirlanmasi