RU

Ərdoğan: Türkiyə Suriyanın parçalanmasına icazə verməyəcək

Ərdoğan:

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökuməti arasında inteqrasiya sazişinin həyata keçirilməsi üçün diplomatik səylər uğursuz olarsa, Türkiyə Suriyanın parçalanmasına və ya ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək.

Reyting.az
“Reuters”-ə istinadla bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib.

"Biz həm Suriyanın ərazi bütövlüyünü qorumaq, həm də sərhədlərimizdən kənarda terror strukturunun formalaşmasının qarşısını almaq üçün bütün diplomatik kanallardan istifadə etdik. Bu kanallardan səbir, səmimiyyət və sağlam düşüncə ilə istifadəyə davam edirik", - Ərdoğan parlamentin fəaliyyətinin bərpası münasibətilə keçirilən tədbirdə deyib.

Türkiyə prezidenti əlavə edib ki, diplomatik təkliflər cavabsız qalsa, Türkiyənin siyasəti və mövqeyi bəlli olacaq: “Türkiyə Suriyada dejavunun təkrarlanmasına imkan verməyəcək".

Xatırladaq ki, Ankara SDQ-ni terror təşkilatı hesab edir və Dəməşqlə razılaşmaya uyğun olaraq Suriyanın dövlət aparatına inteqrasiya olunmayacağı təqdirdə hərbi əməliyyatların keçiriləcəyini bildirib.

E. KAMAL
Избранный
3
1
reyting.az

2Источники