RU

Həbsdə olan dustaqlarla bağlı MÜHÜM MƏLUMAT: Tibbi sığorta üçün…

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə edilib. Layihəyə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla, həbs edilən, müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sığortaolunan sayılacaq. Maraqlıdır, həbs olunanların tibbi xidmətləri mülki əhali ilə eyni səviyyədə təmin olunacaqmı, yoxsa fərqli mexanizmlər yaradılacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, əslində həbs edilən şəxslərin sağlamlığına dövlət tam cavabdehdir:

Rasif

“Cəzaçəkmə müəssisələrində, istər müvəqqəti saxlanılan, istərsə də ömürlük məhkum olunan şəxslər onsuz da sığortalı hesab edilməlidir. Çünki vətəndaş həbs olunubsa, onun qidalanması, sağlamlığı və bütün təminatı dövlətin üzərinə düşür. İnsan azadlıqdan məhrum edilir, amma sağlamlığından yox”.

Ekspert əlavə edib ki, məhkumlarla mülki əhali arasında tibbi xidmətlərin eyni səviyyədə olub-olmaması daha çox sistemdəki problemlərlə bağlıdır:

“Bu gün sığorta sistemində ciddi çatışmazlıqlar var. Bəzi rayonlarda tibbi xidmətlərdə özbaşınalıq hökm sürür, şəhərlərdə də müəyyən sahələrdə həkimlərin sui-istifadə hallarına rast gəlinir. Nəticədə insanlar sığortadan lazımınca yararlana bilmir. Burada əsas məsələ qanunun qəbul olunması yox, onun icrasına ciddi nəzarətin həyata keçirilməsidir”.

Rasif Bağırov vurğulayıb ki, icbari tibbi sığorta tətbiq ediləndə həkimlərdə qorxu və fobiya vardı, lakin zaman keçdikcə bu, aradan qalxıb:

“İndi əsas hədəf qanunun icrasına nəzarəti gücləndirmək və mövcud çatışmazlıqları aradan qaldırmaqdır. Yalnız bu halda həm məhkumlar, həm də mülki əhali tibbi sığortadan tam şəkildə faydalana biləcək”.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
19
3
konkret.az

4Источники