RU

Qaradağda da prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Oktyabrın 1-də Qaradağda prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun şəxsi heyəti iştirak ediblər.

S.Mikayılov prokurorluq işçilərinin peşə bayramı münasibətilə bütün prokurorluq işçilərini təbrik edib.

RİH başçısı prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmasından, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 107 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb.

Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Bu gün Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq əməkdaşlarına həmişə diqqət və qayğıkeşliklə yanaşmasından, prokurorluq əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bir neçə prokurorluq əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

 

Избранный
11
1
sabahinfo.az

2Источники