RU

Adnan Əhmədzadənin mülk siyahısı – Milyonluq evlər…

Əvvəlcə açıq mənbələrdə Adnan Əhmədzadənin adına qeyd olunmuş daşınmaz əmlak siyahısındakı bəzi fraqmentlərə diqqət edək.

İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan “HM Land”-də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 ​​milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) Londonda mənzil alması barədə məlumatlar yayılıb.  Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən “Hamlet Tower” kimi tanınan “Denison House, 20 Lanterns Way 409” ünvanında yerləşir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Musavat.com-un yaydığı analitik məqalədə qeyd olunub.

Əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.

 

Amma etiraf edək ki, bu da kiçik rəqəm deyil.

 

Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan “Hambros Bank Limited” vasitəsilə həyata keçirilib.

 

O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən Oceana Residence (Argean PH2) yaşayış ünvanı göstərilir.

 

Musavat.com-un yazarı qeyd edir ki, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

 

London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə “AA Properties 2000 LTD” vasitəsilə həyata keçirilib. “AA Properties 2000 LTD” şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.

 

Qeydiyyat nömrəsi “09903368” olan şirkətin ünvanı “Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR” olaraq göstərilib.

 

Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.

 

Əhmədzadənin Krallıqda 2 oktyabr 2013-cü ildə qeydiyatdan keçirdiyi “PS ASSETS LIMITED” adlı (qeydiyyat nömrəsi “08715209”) daha bir şirkəti mövcud olub. Şirkəti direktoru milliyyətcə alman Philip Trapnell göstərilsə də Əhmədzadə qardaşlarının adları və imzaları sənədlərdə açıq görünür.

 

“82 St John Street, London, EC1M 4JN” ünvanında yerləşən bu şirkət də əmlak alqı-satqısı üzrə ixtisaslaşıb. Bu şirkətin səhmdarları arasında “SOCAR Trading”-in əməkdaşları olduqları qeyd edilən Elmir Ağamalıyev və Toğrul Rzayev və İsveçrədə qeydiyyatdan keçmiş “Corinthia Properties SA” şirkəti də var. “Corinthia Properties SA” isə Bakı qeydiyyatda olan Mirzəcanova Dilarənin adına açılıb.

 

Xarici medianın əldə etdiyi məlumatlara görə, 2 dekabr 2018-ci ildə reyestrə daxil edilən məlumatlarda şirkətin aksiyalarının ümumi dəyəri 1 milyon 12 min 382 funt olduğu görünür. Digər məlumatlara görə, 2023-cü ildə Adnan Əhmədzadənin qardaşı 1977-ci il doğumlu Xəyal Əhmədzadə və atası, 1948-ci il doğumlu Azər Əhmədzadə şirkətin 75%-lik nəzarət paketinə sahib olublar.

 

Maraqlı məqam odur ki, Xəyal Əhmədzadənin Cenevrədəki qeydiyyat ünvanı Dilarə Mirzəcanovaya məxsus olan “Corinthia Properties SA”-nın hüquqi ünvanı ilə eynilik təşkil edir.

 

Bundan başqa, “SOCAR Trading SA”-nın keçmiş direktorlarından olan Məryəm Almaszadənin də bu şirkətdə payı var.

 

Adnan Əhmədzadənin digər şirkəti İspaniyada, Malaqa şəhər Ticarət Reyestrində (Registro Mercantil de Málaga) 11 oktyabr 2018-ci ildə qeydiyyata alınmış “SIMPLEMENTA2000 SL” şirkətidir. Qeydiyyat nömrəsi “410363” olan şirkətin nizamnamə kapitalı 3006 avro olaraq göstərilib.

 

Adnan Əhmədzadənin digər şirkəti “Caspian Logistics Solutions” (CLS) o, 2018-ci ildə “SOCAR Trading Geneve”-dən gedəndən sonra qeydiyyata alınıb.

Избранный
12
12
tribunainfo.az

10Источники