RU

Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhlizlə bağlı çatışmazlıqların aradan qaldırılmasında əməkdaşlıq edəcəklər

Almatı şəhərində "New Silk Way" forumunun meydançasında Orta Dəhlizlə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planı imzalanıb.

Day.Az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolları administrasiyalarının uzlaşdırılmış fəaliyyətini nəzərdə tutur.

Bununla yananaşı Orta Dəhlizin iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin görüş protokolu və EBRD ilə "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" ASC arasında liman infrastrukturu və STS kranlarının alınması üzrə maliyyələşdirmə sazişi imzalanıb.

 

Nümayəndə heyətlərinin rəhbərləri toplantısında Qazaxıstanın Nəqliyyat naziri Nurlan Sauranbayev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Gennadiy Arveladze iştirak ediblər.

Tərəflər əsas marşrutlardan biri kimi Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıblar. Həmçinin onlar nəqliyyat əlaqələrinin inkişaf perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini və dəhlizin beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər.

Избранный
22
2
day.az

3Источники