RU

İsrail təzyiq etdi, tanınmış şirkət geri çəkildi

ain.az bildirir, Qol.az portalına istinadən.

Milli komanda ilə sponsorluq müqaviləsini ləğv etmək istəyən “Reebok” İsrailin Futbol Federasiyasının məhkəmə hədəsindın sonra geri addım atıb.

QOL.az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, şirkət əvvəlcə müqaviləni pozmaq və İsrail millisinin formalarından öz loqosunu çıxarmaq niyyətində olub. Lakin sonda bu qərarından imtina edib.

İsrail Futbol Federasiyasının (IFA) açıqlamasında deyilir:

“IFA prezidenti Moşe Zuaresin iştirakı ilə “Reebok” və şirkətin yerli nümayəndəsi arasında keçirilən görüşdən sonra firma müqaviləni ləğv etmək qərarını geri götürdü. Beləliklə, beynəlxalq oyunlarda İsrail millisinin formalarında əvvəlki kimi “Reebok”un loqosu qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
3
qol.az

4Источники