RU

Ötən ay həbsdən çıxan Rasim Məmmədov yenə saxlanıldı – Saxta orden və medallar hazırladığına görə


Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Rasim Məmmədov 2022-ci ildə də həbs olunub və ötən ay həbsdən çıxıb.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

Избранный
7
49
yeniavaz.com

10Источники