RU

Gəncədə kişi ondan boşanmaq istəyən arvadını yaraladı

Gəncədə kişi ondan boşanmaq istəyən həyat yoldaşına kəsici alətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Qırmızı Kərpic qəsəbəsi ərazisində baş verib. Şəhər sakini 1987-ci il təvəllüdlü İ.Məmmədova başının kəsilmiş-deyilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, qadına həyat yoldaşı kəsici alətlə xəsarət yetirib. Hadisəyə səbəb isə qadının həyat yoldaşından boşanmaq istəməsi olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
63
11
unikal.az

10Источники