RU

“Triatlonçuların ən böyük arzusu o idi ki, “İronman” Bakıda keçirilsin”

“Triatlonlonçuların ən böyük arzusu o idi ki, “İronman” Bakıda keçirilsin. Biz də buna reallaşdırdıq. Bu etimada görə, hamıya təşəkkür edirik. “İronman” gənc idman növüdür”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə deyib. O, gələn il ilk dəfə Bakıda keçiriləcək “İronman 70.3” yarışı haqda məlumat verib, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

– Mükafat fondu var?

– Mükafat fondu müzakirə olunmayıb. Ancaq yaxşı təklifdir. Fikirləşmək olar, fondu formalaşdırarıq. 

– Nəzərə alsaq ki, sentyabrın əvvəllərində dənizdə suyun temperaturu aşağı enir. Bu, yarışın təşkilinə nə dərəcədə təsir göstərə bilər?

– Sentyabrın əvvəllərində də suyun hərarəti idmançılar üçün əlverişli olur. Nəzərə alaq ki, onlar xüsusi jiletlər istifadə edirlər. Bir şeyi nəzərinizə çatdırım ki, triatlonçular heç də isti suyu sevilmir. Əslində, sentyabr üzgüçülər üçün münasib aydır.

– Yarışda Azərbaycanı neçə idmançı təmsil edəcək?

– “İronman” saytına daxil olaraq, idmançıların sayını öyrənə bilərsiz. Bildiyim qədərilə, 30 nəfər idmançı qeydiyyatdan keçib. Yığma komandamızın tərkibində 20 idmançı var. Sadəcə “İronamn” yarışlarına ancaq 18 yaşdan yuxarı idmançılar qatıla bilər. 

– Tam olaraq, 70.3-ün açıqlaması nə məna verir? 

– Bu, distansiyanı göstərir.

Избранный
16
2
idmanxeber.az

3Источники