RU

Daha 31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə və əks istiqamətdə, Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt şəhərlərarası, Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) rayonlararası, Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) rayondaxili, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40, 104 və 165 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Publika.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 30 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;

• Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;

• Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) istiqamətlərində 6 lot üzrə noyabrın 18-də;

Избранный
19
10
publika.az

10Источники