RU

Millimiz III MDB Oyunlarında finalda!

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunlarında ikinci oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, A qrupunda yer alan U-16 yığmamız Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Избранный
23
11
redaktor.az

10Источники