RU

Bakıda orta məktəb liseylə BİRLƏŞDİRİLDİ

Bakı şəhərində yerləşən orta məktəb liseyə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat verib.

Qeyd olunub ki, Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbi Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilib.

“Bu birləşmə tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.

Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib”, – deyə məlumatda bildirilib.

Bizim.Media

Избранный
22
12
bizim.media

10Источники