Oktyabrın 1-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Xızı, Quba, Qusar, Şabran, Yevlax, Lerikdə arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboyda 19, Culfa, Naftalanda 18, Şirvanda 15 m/s-yə çatır.