UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə "Qarabağ" klubunu prezident Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Əmrah Çəlikəl və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.
"Kopenhagen"in prezidenti Lars Seyer, Stadion və obyektlər üzrə direktor Brayan Mansson, Klub əlaqələri üzrə rəhbər Daniel Asholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün serbiyalı UEFA nümayəndəsi Yovan Surbatoviç də tədbirə qatılıblar.
Burada təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.
Sonda oyunla bağlı xatirə hədiyyələri qarşılıqlı olaraq təqdim olunub.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.