Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib.
Bu haqda News365.az-a Mətbuat Xidməti məlumat verib.
Qeyd edək ki, direktor vəzifəsinin müvəqqəti icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub.