RU

AFFA prezidenti millimizi təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət millimizi Qəbələdə keçirilən 3-cü MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" AFFA-nın saytına istinadla xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən 3-cü MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib. Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram”.
Xatırladaq ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaq.

Избранный
7
15
football-plus.az

10Источники