RU

Gəncədə dəhşətli hadisə: Qadın başından bıçaqlandı, əri şübhəli bilinir

Gəncədə qadın bıçaqlanıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər.

İlkin məlumata görə, qadına xəsarəti onun həyat yoldaşı yetirib. Buna səbəb qadının ərindən boşanmaq istəməsi olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Избранный
4
4
far.az

5Источники