UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da meydana çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu "atlılar" Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcəklər.
Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika"nı məğlub edib (3:2), skandinaviyalılar isə evdə "Bayer"lə bərabərə qalıblar (2:2).
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur
20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 1:0 (İkinci hissə)
Qol: Abdullah Zubir, 28
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR: Rob Dieperink
AVAR: Jeroen Manşot (Hakimlər briqadası Niderlanddandır)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
saytlarin hazirlanmasi