RU

Dərnəgüldə SÖKÜNTÜ – Sakinlərdən evlərin daxildən ölçülməsinə İRADVİDEO

Dərnəgül tikinti bazarının arxa hissəsindəki evlər sökülür.

Xezerxeber.az xəbər verir ki, Bura Şahmar Ələkbərov küçəsidir. Küçədəki evlərin bir çoxunun üzərində bu işarələr var. İşarələr isə rayon icra hakimiyyəti tərəfindən sahəsi ölçülən evlərə çəkilib.

Sakinlər bildirir ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsi işinə başlanılıb.

Onlar evlərin daxildən ölçülməsi ilə razı deyillər. Çünki, həcmləri kiçikdir buna görə də sadəcə daxilin ölçülməsini düzgün hesab etmirlər.

Qeyd edək ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülsə də amma sakinlərə veriləcək pulla bağlı heç bir məlumat verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
61
1
xezerxeber.az

2Источники